Meksikada deputatlığa namizəd güllələnib

Dünya


Meksikanın mərkəzi Morelos əyalətində hakim Morena partiyasından konqres (parlament) üzvlüyünə namizəd öldürülüb.

Hücum ölkədə keçirilən ümumi seçkilərə bir neçə ay qalmış baş verib.

Ekatepek bələdiyyəsinin rəhbərinin sözlərinə görə, siyasətçi Yair Martin Romero qardaşı ilə birlikdə güllələnib.

Qeyd edək ki, son illər Meksikada seçkilər tez-tez siyasi zorakılıq və hücumlar fonunda keçirilir. Belə ki, 2021-ci ildə keçirilən aralıq seçkiləri ərəfəsində onlarla siyasətçi və deputatlığa namizəd öldürülüb.

Mənbə: rbc.ua

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir