“Növbəti iki il ərzində müəllimlərin əməkhaqlarını artırmaqla onların ödənişli fəaliyyətinin qarşısını administrativ yolla alacağıq”.
Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, müəllim təhsil verdiyi sinfin şagirdinə repetitorluq etməməlidir:
“Bu mənəvi cəhətdən düzgün deyil. Amma müəllim normal olaraq dərsdən sonra şagirdi ilə məşğul ola bilər”.
İlhamə Əbülfət
www.icra-hakimiyyeti.az