Türkiyə ilə sərhəddə Bolqarıstan sərhədçisini öldürən şəxsin cəzası bəlli oldu

Dünya


Türkiyənin Ədirnə Şəhər Məhkəməsi 2022-ci ilin noyabrında Türkiyə ilə sərhəddə Bolqarıstan sərhədçisinin ölümündə günahkar olanlardan birini ömürlük həbsə məhkum edib.      

Məlumata görə, ikinci hücumçu şərti cəza alıb.     

2022-ci ilin noyabrında Bolqarıstan-Türkiyə sərhədində Bolqarıstan sərhəd polisi və ordusunun birgə dəstəsi atəşə tutulub. Nəticədə bir sərhədçi həlak olub. Türkiyə polisi bolqar sərhədçiyə hücumda şübhəli bilinən iki şəxsi qısa müddətdə saxlayıb.   

Bu, Bolqarıstan-Türkiyə sərhədində qanunsuz miqrantların odlu silahdan istifadə etməsi ilə bağlı ilk belə hadisə olub.     

Mənbə: TASS

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir