Türkiyə hüquq mühafizə orqanlarının əməliyyatı zamanı 12 ölkə tərəfindən “İnterpol”un axtarışında olan onlarla şübhəli saxlanılıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Onun sözlərinə görə, əməliyyat altı vilayətdə eyni vaxtda həyata keçirilib.
“Altı vilayətdə eyni vaxtda həyata keçirilən “Kafes-43” əməliyyatları ilə “İnterpol”un “Qırmızı xəbərdarlıq”, “Yaşıl bülleten” və təcili saxlanılması ilə bağlı axtarış qeydləri olan 23 şübhəli ələ keçirilib”, – deyə o bildirib.
www.icra-hakimiyyeti.az