TÜRKPA Seçki Müşahidə Missiyası Azərbaycanda növbədənkənar prezident seçkisini müşahidə edəcək

Siyasət


Qazaxıstan, Qırğızıstan və Türkiyə parlamentlərinin deputatlarından, eləcə də TÜRKPA Katibliyinin nümayəndələrindən ibarət TÜRKPA Seçki Müşahidə Missiyası 7 fevral 2024-cü ildə Azərbaycan Respublikasında baş tutacaq növbədənkənar prezident seçkisinin qısamüddətli müşahidəsini həyata keçirəcək.

APA xəbər verir ki, müşahidə proqramı çərçivəsində TÜRKPA Missiyası rəsmi şəxslər ilə görüşəcək.

Seçki günü TÜRKPA müşahidəçilərinin həmçinin azad edilmiş ərazilərdə də müşahidə aparması gözlənilir. 8 fevral tarixində Missiya müşahidəsinin ilkin nəticələrinə dair mətbuat konfransı keçiriləcək.

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir