Yaponiya Nazirlər Kabineti Ukrayna hakimiyyətinə 106 milyon dollar məbləğində qrant köçürmək niyyətindədir.
Məlumata görə, Kiyev bu vəsaiti ölkənin bərpasına dair ikitərəfli konfransdan sonra alacaq. Tədbir bu il fevralın 19-na planlaşdırılıb.
Görüş zamanı Yaponiya və Ukrayna nümayəndələrinin iki dövlət arasında əməkdaşlığın yeddi prioritet sahəsini açıqlayacağı gözlənilir. Söhbət həm də ərazilərin minalardan təmizlənməsi və İT-nin inkişafı sahəsində Kiyev və Tokio arasında qarşılıqlı fəaliyyətdən gedir.
Bundan əlavə, tərəflər 10-dan çox müxtəlif sənəd imzalamağı planlaşdırır. Söhbət Yaponiya və Ukrayna arasında gələcək əməkdaşlığın aspektlərini tənzimləyən sazişlərdən gedir.
Mənbə: gazeta.ru
www.icra-hakimiyyeti.az