Almaniyanın qərbində qocalar evində baş verən yanğın nəticəsində dörd nəfər ölüb, ən azı 58 nəfər yaralanıb.
Qeyd olunub ki, yanğın Şimali Reyn-Vestfaliya əyalətinin Bedburq-Hau kommunasında yerləşən qocalar evində səhər saat 5 radələrində baş verib. Yanğınsöndürənlər gələnə qədər yanğın o qədər genişlənib ki, ikimərtəbəli binanın bəzi hissələrinə daxil olmaq mümkün olmayıb. Yanğınsöndürənlər sakinləri xilas etmək üçün pəncərələri sındırmalı olublar.
Xəsarət alanlar arasında polis və yanğınsöndürən də var.
Yanğının başvermə səbəbi müəyyənləşdirilir. Yanğın yaşayış otaqlarından birində başlayıb və ətrafa yayılıb.
Mənbə: Tagesschau
www.icra-hakimiyyeti.az