“Azərbaycan” pavilyonu “Crocus City Hall”dakı terror aktı ilə bağlı Novruz şənliklərini ləğv edib – FOTO

Cəmiyyət

Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTSN) “Azərbaycan” pavilyonu “Crocus City Hall” konsert zalında törədilmiş terror aktı nəticəsində xeyli sayda insanın həlak olması ilə bağlı elan olunan matəm səbəbindən Novruz bayramı şənliyini ləğv edib.

“Report”un məlumatına görə, bayram tədbirləri iki gün nəzərdə tutulsa da, həmrəylik əlaməti olaraq bütün əyləncə proqramları, tamaşalar və gənc ifaçıların bayram konserti təxirə salınıb.

Qeyd edək ki, bayram tədbirləri martın 22-də start götürüb.

Novruz bayramı “Azərbaycan” pavilyonunda uzun illərdir qeyd olunur.

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir