Beş yaşlı Zəhranın anası: “Yeganə övladımızdır, müalicəni çatdıra bilmirik” – FOTO

Cəmiyyət

Beş yaşlı Zəhranın sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Ülkər Zeynallı məlumat verib.

O bildirib ki, övladı anadangəlmə hepatit B xəstəliyindən əziyyət çəkir.

“Zəhranın artıq beş yaşı var. Doğulduğu gündən hepatit B xəstəliyindən əziyyət çəkir. Xəstəliyini bildiyimiz ilk gündən müalicələrini borc-xərclə də olsa etmişik. İndi müalicələri davam etdirməyə gücümüz qalmayıb”.

Ülkər Zeynallı Zəhranın müalicəsi üçün hazırda 400 manata ehtiyacları olduğunu deyib:

“Zəhranın müalicələrini etmək üçün hazırda 400 manata ehtiyacımız var. Bu günə qədər bütün müalicələrini etmişik, özümüzdə olmayanda borc almışıq, heç vaxt övladımın müalicəsini yarım saxlamamışam. Dəyərli əşyalarımızı, qızıllarımı da satmışam. Yoldaşım fəhləlik edir, mən isə evdar qadınam, Zəhra yeganə övladımızdır. Yardımsevər şəxslərdən övladıma dəstək olmaqlarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 312-56-63.

Kapital Bank: 4169 7388 1699 3210.

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir