Bir-iki kitab oxuyur, müşahidə aparır… – Belə “psixoloq”ların qurbanı ola bilərsiniz… – VİDEO

Cəmiyyət

Bir seans üçün 150-200, hətta 300 manat pul alırlar… Özlərinin isə bu sahədə diplomu yoxdur…

Xezerxeber.az bildirir ki, sosial şəbəkələrdə son zamanlar özünü psixoloq, psixiatr və psixoterapevt kimi təqdim edən şəxslərin sayı çoxalıb.

Lakin əksəriyyətinin ali təhsillərinin olmadığı iddia olunur.

Azərbaycan Psixiatriya Assosiasiyasının prezidenti Nadir İsmayılov deyir ki, psixoloq, psixiatr və psixoterapevt adından istifadə edən şəxslərə müraciət etmək, gələcəkdə səhhətimizdə ciddi problemlər də yarada bilər.

Vəkillər Kollegiyasının üzvü Mehman Muradlı isə deyir ki, bu cür şəxslər üçün qanunvericilikdə hər hansısa bir cəza tətbiqi yoxdur.

Vətəndaşların bu cür şəxslərə müraciət edərkən onların ali təhsili ilə əvvəlcədən maraqlanmaları tövsiyə olunur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir