Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bir komandada ən çox qol vuran futbolçuların adlarını açıqlayıb.
Məlumata görə, 13 futbolçunun yer aldığı siyahıya ABŞ-nin “İnter Miami” klubunun və Argentina millisinin üzvü Lionel Messi başçılıq edir.
O, 2004-2021-ci illərdə çıxış etdiyi “Barselona”da (İspaniya) 672 qol vurub.
Siyahıda ikinci yerdə 450 qolla Kriştianu Ronaldu, 3-cü yerdə 354 qolla Kərim Benzema qərarlaşıb. Onların hər ikisi “Real Madrid”in heyətində fərqlənib.
Federasiyanın siyahısında 4-cü yerdə Robert Levandovski (344 qol), 5-ci yerdə Badir Əl-Mütəva (301 qol), 6-cı yerdə Harri Keyn (280 qol), 7-ci yerdə Co Qormli (270), 8-ci yerdə Klemen Olsen (262 qol), 9-cu yerdə Serxio Aquero (260 qol), 10-cu yerdə Ueyn Runi (253 qol) qərarlaşıblar.
Qeyd edək ki, hazırda PSJ-nin şərəfini qoruyan Kilian Mbappe 250 qolla 13-cür yerdədir və mövsümün sonuna qədər ilk onluğa düşmək şansı yüksəkdir.
Qeyd edək ki, İFFHS bir klubla ölkə çempionatı və kuboku, həmçinin rəsmi beynəlxalq turnirlərdə vurulan qolları nəzərə alıb.
www.icra-hakimiyyeti.az