Trendyol Superliqasının 30-cu turunda “Trabzonspor” və “Fənərbağça” komandaları üz-üzə gəliblər.
Oxu.Az xəbər verir ki, “Papara Park”da keçirilən qarşılaşmada “Fənərbağça” 3-2 hesabı ilə qalib gəlib.
“Fənərbağça”nın qollarını 13 və 45+4-cü dəqiqədə Fred, 87-ci dəqiqədə Batşuayi, “Trabzonspor”un xallarını isə 63-cü dəqiqədə Bardhi və 78-ci dəqiqədə penaltidən Trezeqe vurub.
Liqada ardıcıl beşinci qələbəsini qazanan “Fənərbağça” xallarını 79-a yüksəldib və “Qalatasaray”la fərqini iki xala çatdırıb. “Trabzonspor” 49 xalla üçüncü pillədə qalıb.
www.icra-hakimiyyeti.az