“Əvvəllər 50-yə yaxın kəndirbaz var idi. Hazırda isə bu sənətlə 7-8 nəfər məşğul olur”.
Bunu Baku TV-yə açıqlamasında qədim el sənəti – kəndirbazlıqla məşğul olan qubalı Amil Məmmədhüseynov deyib.
8 yaşından bu sənətlə məşğul olduğunu vurğulayan A.Məmmədhüseynovun sözlərinə görə, atası və əmisi də kəndirbaz olublar:
“Gözübağlı çıxış edirik. Sənətimiz çox təhlükəlidir. Öyrənmək istəyənlər olur, amma çətin gəldiyi üçün davam etmirlər”.
O, həmçinin qeyd edib ki, xarici ölkələrdə də bu sənət maraqla qarşılanır:
“Beşgünlük qastrolla Fransaya getmişdim. Proqramıma çoxlu adam gəldiyi üçün məni orada 10 gün əlavə saxladılar”.
www.icra-hakimiyyeti.az