İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi – FOTO

Dünya

Urmiyada güneyli müəllim və fəal Kərim Bostançı məcburi hicabı tənqid etdiyi üçün həbsə məhkum olunub.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə İranda İnsan Haqları Təşkilatı (HRANA) xəbər verib.

Qeyd olunub ki, Bostançı vəzifəli şəxsləri təhqir etməkdə, təhsil sistemini və hicab qaydalarını tənqid etməkdə, müəllim həmkarlar ittifaqı təşkilatlarının fəallarına qanunsuz olaraq dəstək verməkdə ittiham edilib.

Bununla əlaqədar olaraq Urmiya Müəllim Həmkarlar İttifaqının üzvünə üç ay həbs, 15 milyon tümən (təxminən 606 manat) cərimə, həmçinin elektron avadanlıqlarının dövlətin xeyrinə müsadirəsi cəzası verilib.

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir