
Türkiyə Xüsusi İdmançılar İdman Federasiyası (Türkiyə Özel Sporçular Spor Federasiyonu) tərəfindən 19-26 mart 2024-cü il tarixlərində Millət Vəkili Jalə Əhmədova Türkiyənin Antalya şəhərində daun sindromlu idmançılar üçün keçirilən yarışın açılış mərasimində iştirak etmək üçün qardaş Türkiyədə səfərdə.
Deputat həmkarı Vüqar İskəndərovla birlikdə fəxri qonaq qismində qatıldığı bu möhtəşəm tədbirdə Türkiyə Cumhuriyyətinin Gənclər və İdman naziri Dr. Osman Aşkın Bak, Ailə ve Sosial Xidmətlər naziri Mahinur Özdəmir Göktaş, TC Millət vəkilləri, 30 ölkədən 1000-ə yaxın idmançı və komanda üzvləri iştirak edib.
Azərbaycan Autizm Assosiasiyasının prezidenti Jalə Əhmədova qatıldığı yüksək səviyyəli yarışda iştirak edən bütün idmançılara uğur arzulayıb. Həmçinin Türkiyə Xüsusi İdmançılar İdman Federasiyasına fəaliyyətində uğurlar diləyir, dəvətinə görə TÖSSFED-in vitse-prezidenti Sadettin Akçıyə dərin təşəkkürünü bildirib.


www.icra-hakimiyyeti.az