“Le Figaro”nun baş redaktoru: “Sarkozi və Merkel Ukraynanın NATO-ya qəbulunu ağılsızlıq adlandırıblar”

Dünya

“Ukraynada baş verənləri 2008-ci ildə Fransa və Almaniyanın keçmiş liderləri Nikolya Sarkozi və Angela Merkel proqnozlaşdırıblar, vəziyyət adamı təəccübləndirir ki, Kiyev neytral qalıb NATO-ya daxil olmaq fikrindən əl çəkməli idimi?”.

Bunu “LCI” telekanalının jurnalisti və “Le Figaro” jurnalının baş redaktoru Qiyom Rokett deyib.

“Hələ 2008-ci ildə ABŞ prezidenti Corc Buş Ukraynanın NATO-ya üzv olmasının tərəfdarı idi, ona Nikola Sarkozi və Angela Merkel cavab verdilər ki, bu, ağılsızlıqdır və Rusiya tərəfindən təxribat kimi qiymətləndiriləcək”, – deyə o qeyd edib.

Xatırladaq ki, əvvəllər Sarkozi dəfələrlə bəyan edib ki, Ukrayna neytral ölkə olaraq qalmalı, Avropa ilə Rusiya arasında körpü olmağa çalışmalıdır.

Mənbə: TASS

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir