Madaskarlı iki qadın Fransadan ulu babaları Sakalava etnik qrupundan olan kral Toeranın kəllə sümüyünün qaytarılması prosedurunu sürətləndirməyi tələb ediblər.
Ümumilikdə, Fransa hakimiyyəti sakalavalara əcdadlarının üç kəlləsini qaytarmalıdırlar. Qalıqlar 19-cu əsrin sonlarında Fransanın müstəmləkə işğalı zamanı talan edilib.
Qeyd olunub ki, kəllələr hazırda Madaqaskar sakinlərinin yüzlərlə digər qalıqları ilə birlikdə Parisdəki İnsan Muzeyindədir.
Verilən məlumata görə, Toera kralının başı 1897-ci ildə Menabe bölgəsinin keçmiş kral paytaxtı Ambika şəhərində kəsilib. O, yerli üsyanı yatırarkən fransız müstəmləkə qoşunları tərəfindən öldürülüb.
Mənbə: RFI
www.icra-hakimiyyeti.az