Fransa Prezidenti Emmanuel Makron yaxın həftələrdə Kiyevə səfər edəcək.
Bu barədə Yelisey sarayından məlumat verilib.
Məlumata görə, bu qərar Makronla Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığından sonra elan edilib.
Söhbət zamanı iki ölkənin liderləri müxtəlif sahələrdə, o cümlədən kibertəhlükəsizlik, minalardan təmizləmə və silah istehsalı sahələrində əməkdaşlığın gücləndirilməsində qərarlı olduqlarını təsdiqləyiblər.
Mənbə: TASS
www.icra-hakimiyyeti.az