Pakistanda leysan yağışları nəticəsində azı 27 nəfər ölüb

Dünya


Pakistanda leysan yağışları və torpaq sürüşmələri nəticəsində azı 27 nəfər ölüb, 38 nəfər yaralanıb.

Bu barədə Xeyber-Paxtunxva vilayətinin təbii fəlakətlərin idarə olunması departamenti öz “Facebook” səhifəsində məlumat yayıb.

“Son dörd gün ərzində əyalətdə yağan yağışlar və sürüşmələr nəticəsində baş verən qəzalarda 27 nəfər ölüb, 38 nəfər yaralanıb”, – deyə məlumatda bildirilib.

Qeyd olunub ki, təbii fəlakətin nəticələrinə görə 33 ev dağılıb, daha 129 evə isə ziyan dəyib.

Təsirə məruz qalan ərazilərdə xilasetmə işləri davam etdirilir.

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir