Qobustanda kişi arvadını öldürüb, sonra özünə xəsarət yetirib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, martın 2-də saat 11:30-da Qobustan rayonunda 1982-ci il təvəllüdlü Günel Tahir qızı Sadıqovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü G.Sadıqovanın həyat yoldaşı Mürsəl Əlislam oğlu Cabbarov hadisədən sonra özünə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
www.icra-hakimiyyeti.az