Bu gün səhər saatlarında Albaniyada miqrantları daşıyan avtomobil qəzaya uğrayıb.
Qeyd olunur ki, sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil paytaxt Tiranadan təxminən 240 kilometr aralıda yerləşən Vjosa çayına düşüb və parça-parça olub.
Maşında olanların hamısı, o cümlədən yeddi miqrant və sürücü həlak olub.
Məlumata görə, 2023-cü ilin yanvar-oktyabr aylarında 100 minə yaxın miqrant bu marşrutdan istifadə edib.
Mənbə: Albanian Daily News
www.icra-hakimiyyeti.az