Antiterror tədbirləri zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti vəfat edib

Müharibə

2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağ iqtisadi zonasında həyata keçirilən antiterror tədbirləri zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti leytenant Ülvi Hənifə oğlu Bağırov 7 aprel 2024-cü il tarixində müalicə olunduğu tibb müəssisəsində vəfat edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

“Müdafiə Nazirliyinin rəhbərliyi şəhid zabitimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir. Allah rəhmət etsin!” – deyə məlumatda bildirilib.

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir