Azərbaycan Malatyaya humanitar yardım göndərib

Dünya




Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi Malatyada zəlzələdən əziyyət çəkənlərə humanitar yardım göndərib.

Məlumata görə, yardımlar artıq Türkiyəyə çatıb.

“Rəsmi Bakı Ramazan bayramı ərəfəsində bölgəyə dəstək olmağa çalışıb. Hər zaman Türkiyənin yanındayıq. Gələcəkdə də nə lazımdırsa, edəcəyik. Sona qədər Türkiyənin yanında olacağıq. Allah bir daha belə zəlzələləri göstərməsin”, – deyə komitə sədrinin müavini Valeh Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, ötən il fevralın 6-da episentri Kahramanmaraş şəhəri olan şiddətli zəlzələlər nəticəsində dağıntılara məruz qalan bölgələrdən biri də Malatya olub. Son məlumata görə, təbii fəlakət nəticəsində Malatyada 1 393 nəfər ölüb, 10 minə yaxın insan yaralanıb.

Mənbə: Haber Global

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir