Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanda Omanın xarici işlər naziri Bədr əl-Busaidi ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat verilib.
Bildirilib ki, tərəflər Azərbaycan və Oman arasında əlaqələrin inkişafı ilə bağlı hər iki ölkənin insanlarına fayda verəcək bir sıra mühüm məsələləri – ticarət və investisiya, təhsil və mədəniyyət, bərpa olunan enerji və s. müzakirə ediblər.
Qeyd edək ki, xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanda işgüzar səfərdədir.
Was pleased to meet with @badralbusaidi, Foreign Minister of Oman, during my working visit to Uzbekistan.
Discussed issues on our bilateral agenda and exchanged views on the latest development in the region. pic.twitter.com/5etd4ahUds
— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) April 15, 2024
www.icra-hakimiyyeti.az