“Regionda sülhün və sabitliyin təmin edilməsi üçün konkret addımların atılmasının vaxtı çatıb”.
Bunu Avropa İttifaqının (Aİ) Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Delfin Pronk sosial şəbəkə hesabında yazıb.
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə “cari çağırışlar üzrə ekskursa görə” təşəkkürünü bildirən Pronk Aİ-nin əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu diqqətə çatdırıb:
“Regionda sülhün və sabitliyin təmin edilməsi üçün konkret addımların atılmasının vaxtı çatıb. Aİ əməkdaşlığı dərinləşdirməyə və sülh səylərini dəstəkləməyə davam etməyə hazırdır”.
Xatırladaq ki, Hikmət Hacıyev Aİ-yə üzv dövlətlərin daimi nümayəndələri/səfirləri səviyyəsində təmsil olunan Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsi ilə müzakirədə iştirak edib. Görüş iştirakçıları arasında Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri Vaqif Sadıqov da yer alıblar.
Thanks to Azerbaijan’s Presidential Foreign Policy Advisor @HikmetHajiyev for his tour d’horizon on current challenges.
Time has come for concrete steps to ensure peace & stability in the region.
The EU is ready to deepen cooperation & continue supporting peace efforts.
🇪🇺🇦🇿 pic.twitter.com/ZstLNIv9jK— Delphine Pronk (@FienBZ) April 13, 2024
www.icra-hakimiyyeti.az