Azərbaycanın FIFA referisi təyinat alıb

Cəmiyyət

Azərbaycanın FIFA referisi Fəridə Lütfəliyeva beynəlxalq təyinat alıb.

Oxu.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, qadın futbolçulardan ibarət Monteneqro və Andorra komandaları arasında keçiriləcək Avropa çempionatının seçmə mərhələ oyununu idarə edəcək.

Lütfəliyevaya Sevda Nuriyeva və Gülnurə Əkbərzadə kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını maltalı Yoanna Vassallo yerinə yetirəcək.

Qeyd edək ki, C Liqasının 3-cü qrupunun oyunu aprelin 5-də Monteneqronun paytaxtı Podqoritsada, Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir