Bir məktəbin 16 şagirdi riyaziyyatdan maksimum bal toplayıb

Cəmiyyət

Elm və Təhsil Nazirliyinin tabeliyində Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin bu il buraxılış imtahanı verən 16 şagirdi riyaziyyat fənni üzrə maksimum nəticə (100 bal) göstərib.

Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. 

Həmin şagirdlərin siyahısını təqdim edirik:

Nuray Nazir qızı Alıyeva 

Şəbnəm Rövşən qızı Həsənova 

Yusif Vüqar oğlu Tağızadə 

Məhəmməd Habil oğlu Qurbanov 

Murad Elçin oğlu İsrafilov 

Fidan Ənvər qızı İmaməliyeva 

Zeynəb Etibar qızı Həsənova 

Ülvi Əliyeviç Müslümov 

Elcan Elçin oğlu Həsənov 

Məhəmməd Zaur oğlu Məmmədli 

Ayxan Murad oğlu Vəliyev 

Ayşən Ramil qızı Səmədova 

Ayxan Elxan oğlu Həsənov 

Elcan Rabil oğlu Abdullayev 

Emil Bəhmən oğlu Qurbanlı 

Məhəmməd Ziyəddin oğlu Hüseynov 

Bu şagirdlərdən 13 nəfəri maksimal nəticəni əlavə hazırlığa getmədən toplayıb.

Eyni zamanda,Yusif Vüqar oğlu Tağızadə və Məhəmməd Habil oğlu Qurbanov ingilis dili fənni üzrə də buraxılış imtahanında maksimum nəticə (100 bal) göstəriblər.

Məlumat üçün bildirək ki, şagirdlərdən Nuray Nadir qızı Alıyeva Respublika Fənn Olimpiadalarında biologiya fənni üzrə iki dəfə qızıl medal, Fidan Ənvər qızı İmaməliyeva isə kimya fənni üzrə iki dəfə gümüş medal qazanıb.

Ümumilikdə sözügedən liseyin bu il buraxılış imtahanı verən 52 nəfər XI sinif şagirdindən 32-si 250-dən çox bal toplayıb.    

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir