Bu gün tam Günəş tutulması müşahidə olunacaq

Dünya

Bu gün Yer kürəsinin sakinləri nadir təbiət hadisəsini – tam Günəş tutulmasını müşahidə edə biləcəklər.

Tutulma pik nöqtəsinə Meksikada çatacaq. Orada Günəş diskinin qaralmasını təxminən 4,5 dəqiqə izləyə biləcəklər.

“Meksikanın şimalında Bakı vaxtı ilə saat 22:17-də tutulmanın ən böyük mərhələsi müşahidə olunacaq, 1,029-a bərabər və ümumi fazanın müddəti dörd dəqiqə 28 saniyə olacaq”, – deyə məlumatda bildirilir.

Meksikadan başqa, fenomen Şimali Amerikada, Atlantik və Sakit okeanlardakı bəzi adalarda görünəcək. Bu tutulma “Amerika” tutulması adlanır və tutulmanın müxtəlif mərhələləri bütün ABŞ-də görünəcək.

Mənbə: İz.ru

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir