Cəlilabad şəhəri Ş.İ.Xətai küçəsində yerləşən fərdi yaşayış evində aşkarlanan ər və arvadın ölümünün təfərrüatı məlum olub.
“Report”un məlumatına görə, meyitlər bu gün qonşular tərəfindən aşkar edilib.
Belə ki, 1963-cü il təvəllüdlü Ağadadaş İxtiyar oğlu Şikarovun və həyat yoldaşı, 1977-ci il təvəllüdlü Mehparə Cahangir qızı Şikarovanın meyitlərini qonşular evə baş çəkərkən aşkarlayıblar.
Onların meyitlərində gedən çürümə prosesinə görə bir neçə gün öncə öldükləri ehtimal edilir.
Qonşuların sözlərinə görə, mərhumların övladları olmayıb.
Hadisə ilə bağlı Cəlilabad Rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
21:25
Cəlilabad rayonunda fərdi yaşayış evindən ər və arvadın meyitləri aşkar edilib.
“Report”un məlumatına görə, onların dəm qazından öldüyü ehtimal olunur.
Hadisə Cəlilabad şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən fərdi yaşayış evində baş verib.
Onlar rayon sakinləri, 1963-cü il təvəllüdlü Ağadadaş Şikarov və 1977-ci il təvəllüdlü Mehbarə Şikarovadır.
Meyitlər müayinə olunmaları üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
www.icra-hakimiyyeti.az