Çinin şərqində yerləşən Szyansi əyalətində yeddi nəfər güclü külək və dolunun düşməsi nəticəsində ölüb, 93 minə yaxın insan isə zərər çəkib.
Məlumata görə, martın 31-dən doqquz şəhər və 54 rayon təbii fəlakət zonasındadır. Təcili yardım xidmətləri 800-dən çox insanı təhlükəsiz yerlərə təxliyə edib. Dolu 5,7 min hektar sahədə kənd təsərrüfatı bitkilərini məhv edib. Bundan başqa, 90-dan çox tikili tamamilə dağılıb və ya onlara ciddi ziyan dəyib.
İlkin hesablamalara görə, təbii fəlakət 150 milyon yuan (təxminən 21,1 milyon ABŞ dolları) məbləğində iqtisadi ziyan vurub.
Mənbə: TASS
www.icra-hakimiyyeti.az