Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları Moskva yaxınlığındakı “Crocus Siti Holl”da baş vermiş terror aktı ilə bağlı işdə daha bir şəxsi – Tacikistan vətəndaşı, 2003-cü il təvəllüdlü Cumoxon Kurbonovu saxlayıblar.
Məlumata görə, saxlanılan şəxs qəsdən insanın ölümünə səbəb olan terror aktı törətmək maddəsi ilə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsinin 3-cü hissəsinin “b” bəndi) ittiham olunub. Digər təfərrüat verilmir.
Qeyd edək ki, “Crocus”da törədilən terror aktı ilə bağlı indiyə qədər 12 nəfərin saxlanıldığı məlum olub.
Mənbə: kommersant
www.icra-hakimiyyeti.az