“Bu cür layihənin təqdim edilməsi Azərbaycan Prezidentinin göstərdiyi dəstək nəticəsində mümkün olub. Bu, birmənalıdır”.
Oxu.Az xəbər verir ki, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda keçirilən konfransdan sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, prokurorluq orqanları sözügedən icraatların hazırlanması zamanı beynəlxalq təcrübəni araşdırır və müvafiq praktikalara istinad edir:
“Baş prokuror Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti olduğuna görə, layihənin hazırlanması zamanı dünya prokurorluqları ilə əlaqə saxladıq. Onların da təcrübəsi ilə maraqlandıq. Hazırda təqdim olunan proqram da sırf Azərbaycan üçün sıfırdan yazılıb. İlkin mərhələdə bu layihənin aidiyyəti qurumlar tərəfindən də böyük rəğbətlə qarşılanmasına məmnun olduq. Təbii ki, gələcək dövrlərdə bu proqram daha da təkmilləşdiriləcək”.
Könül Cəfərli
www.icra-hakimiyyeti.az