“Fənərbağça” Türkiyə Superkubokunda “Qalatasaray”la keçirilən oyunun üçüncü dəqiqəsində meydanı tərk edib.
Oxu.Az xəbər verir ki, Şanlıurfada keçirilən görüşə U-19 komandasının futbolçuları ilə çıxan İstanbul təmsilçisi qarşılaşmanı davam etdirməkdən imtina edib.
Buna qədər “Qalatasaray” Mauro İkardinin birinci dəqiqədə vurduğu qolla hesabı açmışdı.
“Fənərbağça”nın bu qərarı qarşılaşmanın yarımçıq dayandırılmasına səbəb olub. Bununla bağlı Türkiyə Futbol Federasiyası (TFF) yaxın müddətdə qərarını açıqlayacaq.
“Fənərbağça”ya texniki məğlubiyyətin verilməsi və “Qalatasaray”ın Superkubokun qalibi elan olunması gözlənilir.
www.icra-hakimiyyeti.az