Fransa Rusiya ilə terrorizmlə mübarizə sahəsində əlaqələrini kəsib

Siyasət

“Hazırda Rusiya ilə Fransa arasında terrorizmlə mübarizə sahəsində diplomatik əlaqələr kəsilib”.

Bu barədə Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov “Le Journal du Dimanche” nəşrinə müsahibəsində bildirib.

Rusiya səfiri qeyd edib ki, əvvəllər ölkələr arasında terrorla mübarizədə səmərəli əməkdaşlıq olub, lakin Paris bu yaxınlarda bu əməkdaşlığı dayandırıb:

“Fransa təhlükəsizlik məsələlərində Parisdəki bütün xarici səfirliklərlə xüsusi əməkdaşlıq sistemi yaradıb, lakin Rusiya səfirliyi bu təşəbbüslə bağlı nə dəvət olunub, nə də məlumatlandırılıb”.

Meşkovun sözlərinə görə, Rusiya diplomatlarına hələ də Olimpiya Oyunları zamanı şəhərdə hərəkət etmək üçün vəsiqə verilməyib ki, bu da onların işində çətinliklər yaradır.

Mənbə: osnmedia.ru

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir