Goranboy sakini evini satdı: Sosial yardımı DAYANDIRILDI – VİDEO

Cəmiyyət

İki uşaq anası olan qadın sosial yardım ala bilmir.

Xezerxeber.az-ın məlumatına görə, Goranboyun Dəliməmmədli şəhərində yaşayan İradə Abbasova dörd il dövlətin ayırdığı sosial yardımı alsa da, bu ildən artıq dayandırılıb.

Bunun səbəbi isə qadının yaşadığı evi satması və aidiyyəti orqanı məlumatlandırmaması göstərilib.

İ. Abbasova öhdəliyində olan iki övladının anadangəlmə xəstəlikləri olduğunu, hər üç aydan bir onları müalicə etdirmək üçün paytaxta getməli olduğunu bildirir.

Evini də uşaqların xəstəliyinə görə pul lazım olduğu üçün məcbur satdığını deyir.

Dövlət Sosial Müdafiə Fondu (DSMF) məsələyə aydınlıq gətirib.

Ətraflı süjetdə:

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir