Goranboyda qadın qətlə yetirilib: Oğlu şübhəli bilinir

Cəmiyyət

Goranboyda qadın qətlə yetirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Goranboy Polis Şöbəsinə rayonun Safıkürd kənd sakini, 1975-ci il təvəllüdlü Alidə Kazımovanın öldürülməsi ilə bağlı məlumat daxil olub.

Cinayəti törətməkdə A.Kazımovanın oğlu, 2005-ci il təvəllüdlü Şahin Əmrahov şübhəli bilinir.

O, polisə könüllü təslim olub.

Faktla bağlı araşdırma aparılır.

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir