İsrailin Baş Təhlükəsizlik Xidməti Yerusəlimdə polis məntəqəsi və futbol stadionu ərazisində İŞİD üzvlərinin terror aktlarının qarşısını alıb.
Bu barədə İsrail polisi “X” sosial şəbəkəsindəki rəsmi hesabında məlumat yayıb.
“Yerusəlim dairəsinin mərkəzi polis bölməsi və Baş Təhlükəsizlik Xidməti İŞİD tərəfdarlarının polis bölməsində və “Teddi” stadionu ərazisində terror aktları törədilməsinin qarşısını alıb. Şərqi Yerusəlimin üç sakini həbs edilib”, – deyə məlumatda qeyd edilib.
Polisin mətbuat xidmətinin məlumatına görə, terrorçuların planına Yerusəlimdə polis bölməsini atəşə tutmaq və partlayıcı qurğu yerləşdirmək, ardınca isə “Teddi” stadionu ərazisində toplaşan insanlara hücum etmək olub.
Mənbə: cursorinfo.co.il
www.icra-hakimiyyeti.az