İsrail İranının hücumu ilə bağlı kəşfiyyat məlumatlarına malik olduğunu açıqlayıb

Dünya

“İsrail tərəfi İranın öz ərazisindən uzaqmənzilli ballistik və qanadlı raketlərdən, həmçinin pilotsuz uçuş aparatlarından istifadə etməklə İsrailə hücum edə biləcəyini göstərən kəşfiyyat məlumatlarına malikdir”.

Bu sözləri Birləşmiş Ştatlarda dərc olunan nüfuzlu “Axios” dərgisinə İsrail rəsmisi deyib.

O fikrinin davamında qeyd edib ki, əgər İran öz ərazisindən İsrailə hücum etsə, hazırda davam edən münaqişə başqa səviyyəyə daxil olacaq.

İsrail rəsmisi əlavə edib ki, artıq Təl-Əviv əldə etdiyi məlumatları Vaşinqton tərəfinə də təqdim edib.

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir