Keniyalı idmançı Perez Cepçirçir qadınlar arasında marafon üzrə dünya rekordu qırıb.
Rekord London marafonunda qeydə alınıb.
Cepçirçir məsafəni 2 saat 16 dəqiqə 16 saniyəyə qət edib. Bundan əvvəlki rekordu 2017-ci ildə keniyalı atlet Meri Keytani müəyyən etmişdi – 2 saat 17 dəqiqə 1 saniyə.
Qeyd edək ki, Cepçirçir 30 yaşındadır və Tokio Olimpiadasının marafon qalibidir. O, həmçinin üç dəfə fərdi yarışlarda və bir dəfə komanda şəklində Dünya Marafon Çempionatının qalibi olub.
Mənbə: TASS
www.icra-hakimiyyeti.az