“Ümumiyyətlə, qızımın ora gələcəyini bilmirdim. Birdən gözüm pankarta sataşdı, ona baxdım. Bir anlıq olan hər şey gəldi keçdi gözümün önündən”.
Bu sözləri “Qafqazinfo”ya açıqlamasında “Səbail”in hücumçusu Ağabala Ramazanov deyib.
Futbolçu “Araz-Naxçıvan”a 2:0 qalib gəldikləri matçda qızının “Xoş gəldin, ata” pankartı açmasından danışıb.
Uzunmüddətli zədədən sonra yaşıl meydanlara qayıdan forvard qızının bəzən oyunlara gəldiyini də açıqlayıb:
“Allaha şükür edirəm ki, yaşıl meydanlara qayıtdım. Bayılda keçirilən matçlarda ara-sıra deyirdim, qızımı oyunlara gətirirdilər. Futbolçu ailəsində olduğu üçün qız da olsa, futbola marağı var. Mənə sual verir ki, ata niyə az oynadın. Deyir ki, istəyirdim “papa, papa” qışqırım”.
www.icra-hakimiyyeti.az