Belarusda “Nə? Harada? Nə zaman?” intellektual oyununun iştirakçısı Fyodor Şvedov məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməklə 3,5 il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə “Vyasna” hüquq-mühafizə mərkəzi məlumat yayıb.
Fyodor Şvedov Belarusda fəaliyyəti ekstremist kimi tanınan qrupları maliyyələşdirməkdə təqsirli bilinib.
Qeyd edək ki, 48 yaşlı Fyodor Şvedov 2006-cı ildən “Nə? Harada? Nə zaman?” oyununda iştirak edir. O, 2017-ci ildə mövsümün ən yaxşı oyunçusu kimi “büllur bayquş” alıb.
Mənbə: Zerkalo.io
www.icra-hakimiyyeti.az