Narkotikləri Bakıda müxtəlif ünvanlara yerləşdirərək bu barədə İran vətəndaşına məlumat verməli imiş… – FOTO

Cəmiyyət




Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə növbəti əməliyyat keçirib.

DİN-dən bildirilib ki, tədbir zamanı Masallı rayon sakini Faiq Gözəlov Hacıqabul rayonu ərazisində saxlanılıb. Ondan 12 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkar edilib.

F.Gözəlov narkotikləri sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı “Yaşar” adlı şəxsin göstərişi ilə əldə etdiyini bildirib. O, narkotikləri pul qarşılığında paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirərək bu barədə iranlı narkotacirə məlumat verməli imiş.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir