Pakistanda Ramazan bazarlığı edənlərə hücum: Ölən və yaralılar var

Dünya

Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində bomba partlaması səbəbindən iki nəfər həlak olub, 10 nəfər yaralanıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə yerli polis məlumat verib.

Bildirilir ki, aprelin 7-də yerli vaxtla saat 21:40-da Xuzdar bölgəsindəki bazarda motosiklə yerləşdirilmiş əldəqayırma bomba partlayıb. Nəticədə Ramazan bayramı münasibətilə alış-veriş edən dinc sakinlər xəsarət alıblar.

Aralarında qadın və uşaqların olduğu yaralılar xəstəxanalara aparılıblar.

Terror aktına görə məsuliyyəti hələ ki heç bir qruplaşma boynuna götürməyib.

Mənbə: China.org.cn

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir