Balakənin Qasbinə kəndinin yolları bərbad haldadır.
Əsas yoldan Qasbinəyə qədər olan üç kilometrlik məsafə və beş kilometrlik daxili yollar yararsız vəziyyətdədir. 1 400 nəfərə yaxın kənd sakini problemlərinin həll olunacağı günü gözləyir.
“Balakənin bizimki qədər acınacaqlı vəziyyətdə olan kəndi yoxdur. Uşaqların məktəbə gedib-gəlməsində çətinlik yaranır. Dəfələrlə müraciətlər etsək də, baxan yoxdur”, – deyə sakinlər bildiriblər.
Baku TV-nin mövzu ilə bağlı süjetini təqdim edirik:
www.icra-hakimiyyeti.az