Şəmkirdə evdə partlayış olub: Xəsarət alanlar var

Cəmiyyət

Şəmkirdə evdə qaz sızması nəticəsində partlayış olub.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Çaparlı kəndində qeydə alınıb.

1985-ci il təvəllüdlü B.Mərdanova, 2001-ci il təvəllüdlü A.Mərdanova və 2023-cü il təvəllüdlü R.Məhərrəmov müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerlədiriliblər. Yaralılardan B.Mərdanovanın vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, yaralılar evdə qaz sızması nəticəsində partlayış olması nəticəsində xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir