Şair-Publisist Ramiz Qusarçaylıya Həsr Olunmuş Tədbir Keçirilib

Sosial Tədbirlər Təhsil

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəhbəri Coşqun Əliyevin dəstəyi ilə Quba rayonu Təngəaltı kənd tam orta məktəbinin Təşkilatçı müavini Mövlanova Fatimə müəllimin təşkilatçılığı ilə Şair-publisist Ramiz Qusarçaylıya həsr olunmuş tədbir təşkil olundu. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Tədbirdə ilk söz məktəbin direktoru Mərhəmət Ağayev öz çıxışı ilə açıb daha sonra Milli ruhlu şairimizi, milli rəqsləri ilə salamlayan 5-ci sinif şagirdləri Mövlanova Həmidə, Səfərəliyev Hüseynin “Milli Rəqs” çıxışı izlənib.
Yaradıcılıq hissəsinə hamımızın dillər əzbəri,2021-ci il Zəfər Paradının açılışında Şəmistan Əlizamanlının ifasında dinlədiyimiz “Azərbaycan bayrağı” şeiri şagirdlərin ifasında dinlədikdən sonra şeirin son bəndinin Torpaqlarımız İşğaldan azad olunandan sonra, hər şey yeniləndiyi kimi şeirin son bəndinidə şair tərəfindən yeniləndiyini vurğulandı.
Sənsən azadlıq eşqim,sənsən hürr deyəcəyəm.
Ən son nəfəsindədə sənə şeir deyəcəm,
Şuşada sən qonmusan, İravanda qonduğun 3 müəzzin daşına.
Təbrizdə sən qonduğun Aynalının başına.
Dərbənddə sən qonduğun Narınqala daşına.
Dünyada sən qonduğun hər daşa pir deyəcəm.
Şairimizin təbiət mövzülü şeirlərini şagirdlərin ifasında dinləndi.
Çıxışlar:
5-ci sinif şagirdi Qubatova Aysu “Yağır yaman yağır Qubanın qarı”
7-ci sinif şagirdi Seyidəhmədova Şəbnəm-“Torpağın altı”
7-ci sinif şagirdi Cəfərova Şəhanə- “Yağış” şeiri.
7-ci sinif şagirdi Məmmədova Fatimə “Dəyişdirdilər”
Ana mövzusu ədəbiyyatımızda həmişə tərənnüm olunub,onun həyatda ki, mövgeyindən danışılıb. Şair və yazıçılarımız heç bir insan qüvvəsinin qarşısında baş əyməsələrdə ana qarşısında əyilməyi özlərinə qurur sayırlar. Belə bir müqəddəs mövzü Ramiz Qusarçaylı yaradıcılığından yan keçə bilməzdi.
6-sinif şagirdi- Fətullayeva Nigar. “Ana” şeiri.
Çağdaş poeziyamızda xüsüsi yer tutan, sərbəst şeirin gözəl nümünələrini yaradan şair həmişə diqqət cəlb edib. Şövqlə ilhamla əmələ gətirdiyi vətən şeirləri Vətən Sevdalı şairin rəngarəng yaradıcılığın salnaməsidir. Son yaradiciliğ nümünələrindən olan“Vətən “poemasından hissələri şagirdlərin ifasında dinləndi.
Çıxış etdi:
8-ci sinif şagirdi Fətullayeva Nərmin.
8-ci sinif şagirdi Suleymanov Elton
Sonda müəllim və şagirdləri maraqlandıran suallar cavablandırılıb, məktəb kitabxanasına şairin kitabları hədiyyə edilib, xatirə şəkilləri çəkilib.

Həmzəyev Ramiz Mürsəl oğlu 1958-ci ilin dekabr ayının 25-də Quba rayonunun Çartəpə kəndində anadan olmuşdur. 8 illik təhsilini Çartəpə kəndində, orta təhsilini isə Bakıdakı fizika-riyaziyyat təmayüllü məktəbdə (1974–1976) almışdır. Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Bakı Politexnik Universiteti) mexanika, Moskva Dövlət Sosial Universitetinin hüquqşünaslıq fakültələrində təhsil almış, Quba rayon icra hakimiyyətində müxtəlif vəzifələrdə çalışmışdır.Hazırda Azərbaycan Respublikası “Azərmətbuatyayımı” ASC-nin 5 saylı Regional “Mətbuatyayımı” İdarəsinin rəisidir.. Ramiz Qusarçaylı yaradıcılığa erkən uşaqlıq illərindən başlamış, “Bağban” adlı ilk mətbu şeiri 1975-ci ildə “Azərbaycan gəncləri” qəzetində dərc edilmişdir.
Ramiz Qusarçaylı 1993-cü ildə Qubada bölgə yazarlarını özündə birləşdirən “Ay işığı” adlı ədəbi məclis yaratmış və hazırda məclisə sədrlik edir. Ümumiyyətlə şairin həyat və yaradıcılığına 700-dən artıq məqalə, şeir, esse, kurs və diplom işləri, dissertasiyalar yazılmışdır. 2019-cu ildən İrak Türkmən Yazarlar Birliyinin üzvüdür.”Ay işığı” ədəbi məclisinin rəhbəri kimi Dərbəndin ədəbi qüvvələri ilə sıx əlaqələr yaratmış, bu da milli tərkibi müxtəlif olan bir bölgədə dostluğa, qardaşlığa və sivil mədəniyyətimizin işıqlı sabahına xidmət edən ədəbi mühitin yaranmasına gətirib çıxarmışdır. Əldə etdiyi ədəbi uğurlara görə dəfələrlə Fəxri fərman, diplom və mükafatlarla təltif olunmuşdur.
Tədbirin qonaqlari:
Çağdaş poeziyamızda xüsusi yer tutan, sərbəst şeirin gözəl nümunələrini yaratmış Prezident təqaüdçüsü şair – publisist Ramiz Qusarçaylı
1-ci Qarabağ Müharibəsi Qazisi yazıçılar ittifaqının üzvü Şair –
Ayaz Selimxan oğlu
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Keyfiyyət sektoru nümayəndəsi Gülnar Şükürlü
Quba-Xaçmaz Regional Təhsil İdarəsi Koordinatoru Fidan Hüseynova

Qarabağım səs verir

30 ildi Şuşada yoxuydu Vətən səsi,
Yoxuydu Xankəndinin hayqırıb ötən səsi,
Qayıdır Kəlbəcərin, Laçının itən səsi
İstiqlalım həkk olur bir ilahi dastana,
Qarabağım səs verir qalib Azərbaycana!

Araz pəjmürdə idi,
Xudafərin pərişan,
Nə bir həyanı vardı, nə halını soruşan,
Öz halal məcrasına qovuşur Suqovuşan,
Təbriz, Culfa, Naxçıvan- o tay, bu tay can cana,
Qarabağım səs verir qalib Azərbaycana!

Güllənir hər ürəkdə “Xarı bülbül” butası,
“Uvertüra” ləngəri,
Xan şikəstə sədası,
Hər dildə, hər dodaqda “Azərbaycan” nidası,
Qiyamətə qalmayan qisasım var,-
“Qan qana!”
Qarabağım səs verir qalib Azərbaycana!

Hər qazi dağ qartalı,
hər qartal saymaz sarı,
Şəhid ruhundan keçir mələklərin güzarı,
Sayrışır nur içində hər şəhidin məzarı
Muştuluğa tələsir əlində gül bir ana,
Qarabağım səs verir qalib Azərbaycana!

Canımdan can calanan canım Azərbaycanım,
Damarımda çağlayan qanım Azərbaycanım,
Şərəfim Azərbaycanım, şanım Azərbaycanım,
Car çəkirəm Göyçəyə, Zəngəzura, Zəncana,
Qarabağım səs verir qalib Azərbaycana!

Hardasınız, hay verin hayın havadarları,
Viran çölün, çəmənin, çayın havadarları,
Ey toyun qənimləri,vayın havadarları,
Gör nə gözəl yaraşır Zəfər Azərbaycana!
Qarabağım səs verir qalib Azərbaycana!

Mən savaşa çarpılan qurğuşun “Yox” kimiyəm,
Mən düşmənin bağrına saplanan ox kimiyəm,
Polad sipər kimiyəm, dəmir yumruq kimiyəm,
Bayrağım,- hürr qartalım, qıy çəkir bu meydana,
Qarabağım səs verir qalib Azərbaycana!

Firuzə Seyranqızı

Son Söz qəzetinin xüsusi müxbiri

03.04.2024

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir