Tisianın oğurlanmış tablosu hərraca çıxarıldı – FOTO

Dünya

İtalyan rəssamı Tisian Veçellionun (1488/1490-1576) “Misirə gedən yolda istirahət” (1512) adlı kətan əsəri “Christie’s”də hərraca çıxarılıb.

Əsər 1995-ci ildə oğurlanıb və yeddi il sonra Londonda avtobus dayanacağında çərçivəsiz halda, plastik torbada tapılıb.

Təxminən 25 milyon funt-sterlinq (31,6 milyon dollar) dəyərində olan rəsm əsəri, demək olar ki, 150 ildən sonra ilk dəfə satışa təqdim olunub.

Məlumata görə, ustad sənətkar ən əlamətdar əsərlərindən birini 20 yaşlarında ikən yaradıb. “Christie’s” tablonu Tisianın ilk şah əsəri kimi auksionçulara təqdim edib.

Mənbə: TASS

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir