Türkiyə xüsusi xidmət orqanları “İraq Şam İslam Dövləti” (İŞİD) terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 36 nəfəri saxlayıb.
Bu barədə respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri Əli Erlikaya məlumat verib.
“Ölkənin dörd vilayətində keçirilən əməliyyatlar çərçivəsində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 36 nəfər saxlanılıb”, – nazir “X”də (keçmiş “Twitter”) yazıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, son bir il ərzində Türkiyədə terror təşkilatının üç mindən çox tərəfdarı saxlanılıb.
DEAŞ Terör Örgütüne yönelik İstanbul, Eskişehir, İzmir ve Kayseri’de gerçekleştirilen “BOZDOĞAN-27” operasyonlarında 3️⃣6️⃣ şüpheli yakalandı❗
Aziz Milletimizin Bilmesini İsterim ki;
Ülkemizin huzuru, birlik ve beraberliği için teröristlerin hiçbirine göz açtırmayacağız.… pic.twitter.com/SPS963EoG2— Ali Yerlikaya (@AliYerlikaya) April 21, 2024
www.icra-hakimiyyeti.az