Vadim Vasilyev ictimaiyyətdən yardım istəməsinin səbəbini açıqlayıb

Cəmiyyət

Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyev sosial şəbəkə hesabından ictimaiyyətdən yardım istəməsinə aydınlıq gətirib.

51 yaşlı hücumçu bu barədə “Report”a açıqlama verib.

O, müalicəsinin davamı üçün bu addımı atdığını bildirib. “Hara gedirsənsə, pul lazımdır. Fizioterapiya qalıb. Xəstəxanaya getməliyəm”.

Keçmiş forvard müraciətindən sonra AFFA-nın və hansısa klubun onunla əlaqə saxlamadığını söyləyib:

“Sadəcə, ictimaiyyətdən müalicəmin davamı üçün kömək istəyirəm. Səhhətim hələlik normaldır. Gəzirəm, hərəkətlər edirəm”.

Qeyd edək ki, Vadim Vasilyev 1999-2003-cü illərdə Azərbaycan yığmasında çıxış edib və 33 oyunda 2 qol vurub. O, daha əvvəl insult keçirdiyi üçün xəstəxanaya yerləşdirilmişdi.

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir