Xavi “Barselona” rəhbərliyinin qarşısında şərt qoyub

Dünya

“Barselona”nın baş məşqçisi Xavi Ernandesin mövsümün sonunda klubda qalmaq ehtimalı yaranıb.

Mənbə yazır ki, 44 yaşlı mütəxəssis Kataloniya klubunun rəhbərliyinə iki əsas şərt irəli sürüb.

Belə ki, Xavi klubun uzunmüddətli layihəsi ilə bağlı dəqiq zəmanət, həmçinin klubun maliyyə çətinliklərinə rəğmən, əvvəlcədən əldə edə biləcəyi futbolçuların transfer siyahısının tərtib edilməsini istəyir.

Xatırladaq ki, bu ilin yanvar ayında Xavi cari mövsümün sonunda Kataloniya klubundan ayrılacağını açıqlamışdı.

Mənbə: Sport

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir